525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran nümayəndələrinin danışıqlar masasına əyləşib, nüvə silahlarının ləğvini özündə ehtiva edən bir saziş bağlayacaqlarına ümid edirəm”.
525.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
"Ümid edirəm ki, İran tezliklə danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər, nüvə silahından azad bir razılaşmaya çatacaq. Vaxt azalır və bu, həqiqətən də çox vacibdir", - ABŞ lideri bildirib.
Pərvanə Sultanova