Tramp İranı hədələdi: Əgər Hörmüz açılmasa...

05.04.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İslam Hörmüz boğazından gəmilərin sərbəst keçməsinə icazə verməsə, ABŞ İran ərazisindəki bütün elektrik stansiyalarına və körpülərə zərbələr endirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

“Əgər onlar çərşənbə axşamı axşama qədər heç bir tədbir görməsələr, onların heç bir elektrik stansiyası və heç bir körpüsü qalmayacaq”, – Ağ Evin rəhbəri bildirib.

Amerika lideri vurğulayıb ki, Vaşinqton çox güclü mövqe tutur:

“Tehrana bərpa olunması üçün ən azı 20 il lazım olacaq və bu da ən yaxşı haldadır”, – Tramp qeyd edib.

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью