Tramp İranı hədələyib

30.12.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı iqamətgahında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşün yekununda jurnalistlərə müsahibə verərkən dilə gətirib. O xatırladıb ki, İranın nüvə proqramı İsraillə 12 günlük müharibə dövründə tamamilə sıradan çıxarılıb:
"Hərçənd mənə mütəmadi məlumat gəlir ki, Tehran yenidən hərəkətə keçmək, proqramı yenidən işə salmaq istəyir. Bu doğrudursa, onları əzməli, parçalamalıyıq".
Vitkofun müavini: "İranla danışıqlara hazırıq"
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью