Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib.
Bildirib ki, Tehran ABŞ-də "çirkli bomba" istifadəyə cəhd edərsə, İran məhv olunacaq.
“Cebheinfo.az” xəbər verir ki, bir müddət əvvəl Amerikanın CNN televiziya şəbəkəsi ABŞ kəşfiyyatına istinadən iddia etmişdi ki, İran guya ABŞ administrasiyasının yüksək vəzifəli məmurlarına sui-qəsd planı üzərində işləyir və "çirkli bomba", yaxud kimyəvi silah istifadə etməyi planlaşdırır.
"Əgər bu baş verərsə, biz onları məhv edəcəyik", - deyə Tramp “Fox News”-a verdiyi müsahibədə bildirib.
"Sizə söz verirəm", - deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin