Tramp İranı ölü elan etdi

31.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İran rəsmi olaraq “uğursuz dövlət” elan edilib. Ölkənin vəziyyəti ilə bağlı olduqca sərt iddialar səsləndirilib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp şəxsi sosial media hesablarında paylaşıb.

O, açıqlamasında İranın hərbi, iqtisadi və siyasi vəziyyətinin ağır olduğu iddia edilir.

“İran rəsmi olaraq uğursuz dövlət kimi tanınıb. O, ölüdür! Onların nə donanması, nə hərbi-hava qüvvələri, nə valyutası var. Əsgər və polislərinə maaş vermirlər, inflyasiya 300 faizdir, rəhbərlik isə tam xaos içindədir və ölkəni lazımi şəkildə təmsil etmək iqtidarında deyil. Onların sahib olduğu yeganə şey ABŞ-dan gələn saxta xəbərlər, öz etirazçılarını öldürməyə hazır olmalarıdır. Artıq 100 mindən çox insanın öldürüldüyü bildirilir və açıq-aşkar cəfəngiyyat danışmaq bacarıqları var. Onlar hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə mühakimə olunmalıdırlar!”, - deyə Tramp yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью