Tramp İranı şər ölkə adlandırdı Qlobal terrorizmdə ittiham etdi

11.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranı "şər ölkə" və dünyada terrorizmin 1 nömrəli mənbəyi adlandırıb.
Bizim.Media xəbər verir ki, Tramp "Tamamilə dəli olan birinin nüvə silahına sahib olmasına göz yummaq olmaz" deyərək İranın nüvə proqramına qarşı barışmaz mövqeyini xatırladıb.
 

Prezident oktyabrın 8-də bildirmişdi ki, Hörmüz boğazından neft daşınması davam edəcəyi təqdirdə noyabrın 3-də keçiriləcək aralıq seçimə qədər İrana yeni zərbələr endirilməyəcək.


Lakin o, seçkilərdən sonra hərbi əməliyyatların bərpa olunacağını istisna etməyib.
İyun ayında ABŞ və İran dəniz blokadasının qaldırılması və gəmiçiliyin bərpası haqqında memorandum imzalasalar da, iyulda qarşılıqlı zərbələrin bərpasından sonra ABŞ dəniz blokadasını yenidən tətbiq edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью