Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiya ilə Ukrayna arasındakı münaqişə əsl müharibədir, İranla bağlı vəziyyət isə bu kateqoriyaya aid deyil.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
İranla bağlı o, qarşı tərəfi istədikləri vəziyyətə gətirdiklərini bildirərək, ölkəni tamamilə məhv etmək və ya minlərlə insanın həyatını xilas etmək imkanına malik olduqlarını söyləyib.
Tramp ABŞ-nin sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatları da təkzib edib.
O, bəzi silah növlərində müəyyən çatışmazlığın yarandığını etiraf etsə də, bunun şişirdildiyini bildirib. Prezident ehtiyatların azalmasını Co Bayden administrasiyasının Ukraynaya böyük həcmdə silah göndərməsi ilə əlaqələndirib.
Bizim.Media