Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun istənilən an İranın nüvə infrastrukturuna yeni zərbə endirmək imkanına malik olduğunu bildirib. O, Tehranın razılaşma əldə etmək istədiyini iddia edib.
Moderator.az xəbər verir ki, Tramp bu fikirləri “Fox News”un aparıcısı Şon Hannitiyə müsahibəsində səsləndirib.
Tramp İranın nüvə potensialının məhv edildiyini, zərurət yaranarsa, Pikaks dağındakı obyektə bir saatdan az müddətdə hücum edə biləcəklərini deyib. O, ABŞ-ın İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb.
ABŞ prezidenti İranla müharibədə olmadıqlarını iddia edərək, əvvəlki əməliyyatları “yumşaq müharibə” adlandırıb.
“The Wall Street Journal”ın məlumatına görə, ABŞ ordusu bazar ertəsi İranın Qeşm adasına zərbə endirib. ABŞ rəsmisi əməliyyat zamanı yer-hava raket buraxıcı qurğusunun məhv edildiyini bildirib.
Tramp Hörmüz boğazının açılması və İranın nüvə proqramının dayandırılması ilə bağlı razılaşmaya ümid etdiyini də qeyd edib.