Tramp İranı Xomenei ilə hədələdi “Qeyd şərtsiz təslim”

17.06.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Trap bu haqda “Truth Social”da yazıb:

“Qeyd-şərtsiz təslim! Biz Ali liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Çünki onu öldürmək fikrində deyilik. Ən azından hələlik. Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını da istəmirik. Səbrimiz tükənir. Diqqətinizə görə təşəkkür edirik!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью