Tramp İranı yenidən təhdid edib

02.04.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əgər İran razılaşmanı rədd edərsə, ABŞ onun neft infrastrukturunu məhv edəcək”

“Əgər Tehran razılaşmanı rədd edərsə, ABŞ İran elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp həmvətənlərinə televiziya ilə müraciətində deyib.

O Amerika tərəfinin İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını vurğulayıb.

Trampın sözlərinə görə, yeni İran liderləri "daha az radikal və daha ehtiyatlıdırlar".

“Lakin tezliklə razılaşma əldə olunmazsa, əsas məqsədlər diqqətdə saxlanılacaq. Əgər razılaşma əldə olunmazsa, ABŞ İranın hər bir elektrik stansiyasına çox güclü zərbə endirəcək və bu hücumlar çox güman ki, eyni vaxtda başlayacaq”, - Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, İranın məhv edilməsi çox asan və bərpası mümkün olmayan neft obyektlərinə hələ heç bir zərbə endirilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью