Tramp İranı yer üzündən siləcəyinə söz verdi... | Icma.az
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. ABŞ ordusu "çox aydın təlimatlar" aldı...
...ABŞ Prezidenti Donald Tramp, İran hökumətinin onun həyatına sui-qəsd edəcəyi təqdirdə sərt cavab tədbirləri görəcəyinə söz verib.
SİA xəbər verir ki, bu barədə o, NewsNation-a verdiyi müsahibədə bildirilib.
İkinci andiçmə mərasiminin ildönümünə təsadüf edən müsahibədə Tramp bildirib ki, ABŞ təhdidlərin həyata keçirilməsi halında İrana qarşı hərəkət etmək üçün "çox aydın təlimatlar" alıb.
...Mən bunu çox aydın şəkildə bildirmişəm: əgər onlar bunu etsələr, Yer üzündən silinəcəklər, - deyə Tramp bildirib.
O, əlavə edib ki, əgər onun həyatına sui-qəsd edilərsə, ABŞ bütün ölkəyə qarşı cavab tədbiri görəcək.
...Nə olursa olsun, bütün ölkə partladılacaq. Mən mütləq onlara çox sərt zərbə vurardım.
Amma mənim çox aydın təlimatlarım var, - deyə ABŞ Prezidenti vurğulayıb.
Tam oxu
Xəbəri oxu