Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

10.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Prezident Donald Tramp İranın Hörmüz boğazı üzərində ABŞ helikopterini vurmasını ciddi insident hesab etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Trampla müsahibəyə istinadla məlumat yayıb.

ABŞ lideri hadisənin “o qədər də böyük məsələ olmadığını” bildirib və pilotun xəsarət almadığını vurğulayıb. O, həmçinin Vaşinqtonun İranın dəniz blokadasını lazım olduğu müddətdə davam etdirəcəyini qeyd edib.

Nəşrin məlumatına görə, Tramp daha əvvəl köməkçilərinə Amerika hərbçilərinin həlak olması halında İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalını nəzərdən keçirməyi tapşırsa da, hazırda genişmiqyaslı bombardmanların yenidən başlanmasını istəmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью