Tramp İranın ABŞ ilə razılaşmaya gedəcəyinə şübhə edir

27.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin dayandırılması ilə bağlı Vaşinqtonla razılaşmaya gedəcəyinə şübhə etdiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə amerikalı hərbçiləri Şükranlıq Günü münasibətilə təbrik edərkən deyib.

“Biz onlara razılaşma əldə etmək və çox sayda insanın həyatını xilas etmək üçün bütün imkanları yaradırıq. Lakin onların bu imkanlardan istifadə edəcəklərinə əmin deyiləm”, – deyə Tramp bildirib.

ABŞ lideri, həmçinin qələbəyə yaxın olduqlarını iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью