Tramp İranın ABŞ la nüvə sazişinə hazır olduğunu bildirib

15.11.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gəlməyə çalışdığını deyib.

APA xəbər verir ki, Tramp bu barədə 14 noyabrda Floridaya gedərkən təyyarəsində jurnalistlərə danışıb.

"Yeri gəlmişkən, İran da razılaşma istəyir. Hamı bizimlə razılaşma istəyir. Biz İranın nüvə potensialını məhv etdik. Biz bunu 22 ildir istəyirik. Heç bir prezidentin bunu etmək qərarı olmayıb. Biz bunu etdik. İran isə tamamilə fərqlidir", - ABŞ prezidenti bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью