Tramp İranın ali liderinə hədələyici mesaj verdi: Harada olduğunu bilirik

17.06.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ali lideri Ayətullah Əli Xamenei-nin dəqiq yerini Vaşinqton bilir, lakin "ən azı hələlik" onu aradan qaldırmağı planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində paylaşım edib.

Tramp yazıb:
"Biz, guya 'ali lider'in harada gizləndiyini dəqiq bilirik. O — asan hədəfdir, amma hazırda təhlükəsiz yerdədir. Onu aradan qaldırmaq niyyətində deyilik — ən azı indi yox."

Bununla yanaşı, ABŞ prezidenti səbrinin tükəndiyini də vurğulayıb:
"Səbrim tükənmək üzrədir."

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью