Tramp İranın artıq nüvə silahı əldə etməyəcəyini iddia edir

13.06.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ilə əldə olunan sazişin nəticəsi olaraq İran nüvə silahı əldə etmək planlarından imtina edəcək, həmçinin onu əldə etməyə və ya hazırlamağa can atmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində yazıb.

"Əslində, onlar artıq nüvə silahına sahib olmaq istəmirlər və onu nə satın almaq, nə hazırlamaq, nə də hər hansı başqa yolla əldə edə bilməyəcəklər", — deyə o, bildirib.

Tramp, həmçinin Tehrannın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) növbəti dəfə tənqid edib və hazırkı sazişin "İranın qarşısında bir divar" olduğunu bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью