Tramp İranın cavab sənədini ilk cümləsinə görə rədd edib

15.05.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Amerikanın sülh nizamlanması üzrə təşəbbüslərinə İranın verdiyi cavabla tanış olduğunu, lakin sənədin elə ilk cümləsini qəbuledilməz hesab etdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

"Mən ona baxdım. Əgər ilk cümlə xoşuma gəlmirsə, mən sadəcə həmin sənədi kənara atıram"– Tramp deyib.

İranın sənədindəki ilk cümlənin nə olduğu barədə dəqiqləşdirici suala isə Tramp orada "qəbuledilməz təklif" olduğunu bildirməklə kifayətlənib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью