Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

26.06.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze dronu atıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O deyib ki, dronlardan biri böyük və çox bahalı yük daşıyan gəminin möhkəm şəkildə yuxarı göyərtəsinə dəyib.

“Zərər dəyib, amma gəmi yoluna davam edə bilib. Biz digər üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs sazişimizin ağılsızcasına pozulmasıdır”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью