Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerika Silahlı Qüvvələrinin zərbələrinə baxmayaraq, İran hələ də hərbi potensialının bir hissəsini qoruyub saxlayır.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. “Onların bəzi raketləri, dronları var. Onların müəyyən istehsal gücü var, çox deyil”, - deyə o əlavə edib. Eyni zamanda, o, ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini iddia edib: “Biz boğaza nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görək nə olacaq. Amma bu gecə onlara daha bir çox güclü zərbə endirəcəyik”.
Ağ Ev rəsmisinin “The Washington Post”a verdiyi məlumata görə, İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra Birləşmiş Ştatlar İranla daha genişmiqyaslı müharibə planlaşdırır. Onun sözlərinə görə, Pentaqon bölgədəki hərbi təyyarələrin sayını artırır.
XQ