Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hücumlardan sonra Tehran administrasiyası ilə müzakirə aparmadığını və İrana heç bir təklif vermədiyini bildirib.
Reyting.az-ın xəbərinə görə, prezident Tramp İranın nüvə obyektlərinə hücumlardan sonrakı proseslə bağlı sosial media hesabında açıqlama verib.
ABŞ-nın keçmiş prezidenti Barak Obamanın İrana milyardlarla dollar ödədiyinə və eyni şeyi etməyəcəyinə diqqət çəkən Tramp əlavə edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) da qüvvəsini itirib.
Tramp həmçinin İranın nüvə obyektlərinə hücumlardan sonra Tehran administrasiyası ilə əalqə saxlamadığını bildirib.
E. KAMAL