Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
ABŞ lideri bildirib ki, Netanyahu bu məsələni gündəmə gətirməklə prosesdə iştirakını qorumağa çalışır.
"Mənə Bibinin (Benyamin Netanyahu) bu barədə danışmağınaa ehtiyac yoxdur. O, bunu prosesdə iştirakını davam etdirmək istədiyi üçün edir. Bizim oraya yönəldilmiş ən müasir müşahidə vasitələrimiz var və nə baş verdiyini dəqiq bilirik", – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Netanyahunun bu mövzuda ictimai açıqlama verməsini eşidəndə təəccüblənib.
"Düşündüm ki, niyə bunu sadəcə mənə demir, niyə bütün dünyaya elan edir? Mən Kolanq-Qaz-La dağı ətrafında baş verənləri dəqiq bilirəm. Bu, elə də böyük problem deyil", – deyə Tramp vurğulayıb.
Bizimyol.info