Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarının indiyə qədər verdiyi ən yaxşı qərarlardan biri olduğunu bildirib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
İrana qarşı müharibəyə başladığına görə peşman olub-olmadığını soruşan jurnalistə açıqlama verən Tramp bildirib ki, Tehrana qarşı müharibəyə başladığına görə peşman deyil.
"Biz onların nüvə silahı əldə etməsinin qarşısını aldıq. Vaşinqton Tehranla danışıqlar aparmır. Bu və ya digər şəkildə, tezliklə, çox tezliklə nəsə baş verəcək. Əksər insanlar bunun seçkilərdən sonra baş verəcəyini düşünür", - deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, ABŞ Konqresinə ara seçkilər 3 noyabrda keçiriləcək.
Gülşən Şərif