Tramp: İranın nüvə silahına sahib olması fəlakət olacaq

24.01.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp deyib ki, İranın nüvə silahı əldə etməsi dünya üçün fəlakətə gətirib çıxaracaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində deyib.

"Onların (İran) nüvə silahı ola bilməz. Əgər belə olsa, o zaman başqaları da bu silaha sahib olacaqlar və bu, fəlakət olacaq",- deyə qeyd edib.

Bu arada, yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью