Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 6 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə yaxın zamanda qərar veriləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə açıqlamasında İrana qarşı hərbi əməliyyatların daha da genişləndirilməsi ehtimalını istisna etməyib.
“İndi qərar verməliyik. Daha irəli getmək və bunun bir daha heç vaxt təkrarlanmayacağına əmin olmaq istəyirikmi? Mümkünsə, ölkənin qalan hissəsini məhv etmək istəməzdim. Amma bəlkə də buna məcbur olacağam. Bunu çox yaxında biləcəksiniz”, – deyə ABŞ Prezidenti bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton