Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

06.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 6 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla İsraili və bütövlükdə Yaxın Şərqi böyük təhlükədən xilas etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.

“Əgər mən İranın nüvə silahı əldə etməsinin qarşısını almasaydım, bu gün İsrail və əslində bütün Yaxın Şərq mövcud olmazdı. Heç kim bunu demək istəmir, amma hamı bunun doğru olduğunu bilir”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью