Tramp İranın razılaşmaya hazır olduğunu, Tehran isə əksini deyir

09.07.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. 
O, Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən “Air Force One” təyyarəsində televiziya müxbirlərinə deyib: “Bir müddət əvvəl zəng etdilər, həqiqətən də razılaşmaq istəyirlər. Sadəcə, razılaşmaya dəyərmi, bilmirəm”.

Son iki gecə ərzində ABŞ Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri bərpa edib.

Tramp İranın ticarət gəmilərinə yenidən hücum edəcəyi təqdirdə ABŞ ordusunun daha güclü zərbələr endirəcəyi ilə hədələyib.
Bununla bağlı Tramp cümə axşamı “Truth Social” hesabında yazıb: “Əgər onlar bunu yenidən etsələr, daha da pis vəziyyətdə olacaqlar”.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni vəziyyəti daha da gərginləşdirməmək barədə xəbərdarlıq edərək deyib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri ilə açılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью