Tramp İranla aparılan danışıqların gedişi barədə danışdı

03.07.2026

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Tramp danışıqların davam etdiyini bildirərək, tərəflər arasında müəyyən irəliləyişin əldə olunduğunu vurğulayıb. "Düşünürəm ki, onlar demək olar ki, bizə lazım olan hər şeyə razılaşıblar", - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin ABŞ-nin İranda rejim dəyişikliyi məqsədi güdmədiyini bir daha təkrarlayıb. ABŞ lideri əlavə edib ki, İranda hələ də müəyyən sayda raket qalıb və lazım gələrsə, onlara qarşı tədbir görülə bilər. Trampın sözlərinə görə, İran gəmiyə pilotsuz təyyarə ilə hücum etdiyinə görə, ABŞ cavab tədbirləri həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью