Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 12 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çinə uçuşu əsnasında İranla atəşkəs barədə düşünəcəyini deyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“İranın nüvə silahı ola bilməz, biz oyun oynamırıq. Nə olacağını görəcəyik. Biz yalnız yaxşı bir razılaşma əldə edəcəyik. İnanıram ki, bu və ya digər şəkildə, bu, Amerika xalqı və əslində, İran xalqı üçün çox yaxşı olacaq. Biz bunu dinc yolla və ya başqa şəkildə qazanacağıq”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton