Tramp: İranla atəşkəsin uzadılması ehtimalı azdır

20.04.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı atəşkəs məsələsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, “Bloomberg”ə açıqlamasında iki həftəlik atəşkəsin uzadılması ehtimalının çox az olduğunu bildirib.

Trampın sözlərinə görə, əgər müddət bitənədək razılaşma əldə olunmasa, atəşkəs uzadılmayacaq. Prezident əlavə edib ki, yekun saziş imzalanana qədər Hörmüz boğazına tətbiq olunan blokada da qüvvədə qalacaq.

ABŞ lideri bildirib ki, Vitse-prezident Cey. Di. Vens bu gün Pakistana yola düşəcək və danışıqların çərşənbə axşamı günü bərpa olunması gözlənilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью