Tramp İranla bağlı bu sualı cavablandırmaqdan imtina etdi

01.02.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hansı tədbirlər görməyi planlaşdırdığını və ya yekun qərar verib-vermədiyini açıqlamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Floridaya uçan təyyarəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

“Bunu sizə dəqiq deyə bilmərəm. Amma bizim həmin istiqamətdə çox böyük və güclü gəmilərimiz var”, – deyə ABŞ lideri bildirib.

Bundan əvvəl Tramp Vaşinqtonun konkret nəticələr əldə etmək üçün Tehranla dialoqu bərpa etmək istədiyini demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью