Tramp İranla bağlı danışdı: Razılaşma əldə olunacaq

31.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tramp İranla sülh razılaşmasının əldə olunacağına əmin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh sazişi ilə bağlı açıqlama verib.

Jurnalistlər Trampdan Yaxın Şərqdə baş verən hadisələrə baxmayaraq, İranla razılaşmanın əldə edilməsinin mümkün olub-olmadığını soruşublar. ABŞ lideri cavabında sənədin imzalanacağına əminliyini ifadə edib.

"Düşünürəm ki, biz sadəcə qalib gəlmək istəyirik. Bilirsiniz, biz qalib gəlmək istəyirik. İşlər bizim üçün çox yaxşı gedir", – deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp İrana qarşı mümkün növbəti zərbələrin hədəfini açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton Tehranın qalan bütün hərbi potensialını məhv etməyi planlaşdırır.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью