Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp uzunmüddətli müharibə olmadan İrana sürətli zərbələr endirmək üçün planların hazırlanmasını əmr edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) qəzeti məlumat yayıb.
Bildirilib ki, Tramp İran rejimini güzəştə getməyə məcbur edəcək səviyyədə maddi zərər vura bilən zərbə ssenarilərini gözləyir:
“Bu güzəştlər ilk növbədə Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı tələblərinin qəbul edilməsi, eləcə də siyasi müxaliflər və dissidentlərin azad olunmasını əhatə edir.
Nəzərdən keçirilən ən radikal variantlar sırasında İran hökumətinin və İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərinə qarşı bir sıra genişmiqyaslı hava zərbələrinin endirilməsi var. Belə bir ssenari tammiqyaslı müharibəyə başlamadan ABŞ-ın gücünü və qətiyyətini nümayiş etdirməyə imkan verə bilər”.
Nəşr yazıb ki, bununla yanaşı, daha az radikal yanaşma da simvolik hədəflərə dəqiq zərbələrin endirilməsi müzakirə olunur:
“İran Tramp administrasiyası üçün məqbul şərtlərlə razılaşmadan imtina edərsə, bu addım vəziyyətin mərhələli şəkildə daha da gərginləşdirilməsinə zəmin yarada bilər. Ümumilikdə, ABŞ lideri komandasına həlledici xarakter daşıyan hərbi əməliyyat variantları hazırlamağı tapşırıb. O bildirib ki, bu əməliyyatlar Vaşinqtonu Yaxın Şərqdə uzunmüddətli müharibəyə sürükləməməlidir”.
Safura Bənnayeva
Globalinfo.az