Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə İranla münaqişənin nizamlanmasına nail olmaq niyyətində olduğunu bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Jurnalistin razılaşma əldə olunana qədər ABŞ qoşunlarının Yaxın Şərqdə saxlanılmasının nəzərdə tutulub-tutulmadığı barədə sualını cavablandıran Tramp İranla məsələnin tezliklə həll ediləcəyini deyib.
“Bəli, bunu sona çatdıracağam, tezliklə. Bu və ya digər şəkildə məsələni həll edəcəyik. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bizə uzunmüddətli saziş lazımdır”, – deyə ABŞ lideri bildirib.
Tramp ABŞ üçün hətta zəif və səriştəsiz prezidentin hakimiyyətdə olacağı halda belə qüvvədə qalacaq bir razılaşma əldə etməyə çalışdığını vurğulayıb.
ABŞ Prezidenti İranla münaqişənin nizamlanmasında Rusiya və ya Çinin köməyinə ehtiyac duymadığını da bildirib.
“Bizə heç bir kömək lazım deyil”, – deyə Tramp qeyd edib.