Tramp İranla bağlı qərar vermək üçün xüsusi iclas çağırdı

27.04.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla bağlı növbəti addımlarını müzakirə etmək üçün aprelin 27-də kabinet iclası keçirmək niyyətindədir.

Azpost.info -nun məlumatına görə, bu barədə “Axios” nəşri mənbələrə istinadən xəbər verir.

“Axios” bildirir ki, Amerika lideri İranla danışıqlardakı çıxılmaz vəziyyəti və müharibədə mümkün növbəti addımları müzakirə etməyi planlaşdırır.

Nəşr həmçinin bildirib ki, Tehran Vaşinqtona münaqişənin həlli üçün yeni bir təklif təqdim edib. Təklifdə Amerika blokadasının qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının müzakirəsinə keçmək nəzərdə tutulur.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью