Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Donald Tramp İrana qarşı irəli sürdüyü əsas şərtləri elan edib və Tehranla bağlı yekun qərarını verməyə hazırlaşdığını bildirib. ABŞ prezidenti bu barədə "Truth Social" hesabında paylaşım edib.
Ağ Ev rəhbərinin əsas tələbi İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı rəsmi razılıq verməsidir. Tramp həmçinin Hörmüz boğazının bütün gəmilər üçün tam açıq olmasını və keçid zamanı heç bir rüsumun tətbiq edilməməsini şərt kimi qoyub. Regionun təhlükəsizliyi məqsədilə dəniz minalarının İran tərəfindən təmizlənməsi tələbi də gündəlikdədir. Prezident indiyə qədər bu minaların bir hissəsinin ABŞ donanması tərəfindən zərərsizləşdirildiyini xatırladıb.
Şərtlər yerinə yetiriləcəyi təqdirdə dəniz blokadası ləğv ediləcək və xarici gəmilərin sərbəst hərəkəti bərpa olunacaq. Eyni zamanda İranın zənginləşdirilmiş uran ehtiyatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinasiyası ilə yeraltı anbarlardan çıxarılmalıdır.
Donald Tramp hazırda maliyyə əməliyyatlarına icazə verilməyəcəyini və digər kiçik məsələlərin artıq razılaşdırıldığını qeyd edib. O, yaxın saatlarda müzakirələr apararaq məsələ ilə bağlı son qərarını açıqlayacağını vurğulayıb.
İslam
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Ağ Ev rəhbərinin əsas tələbi İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı rəsmi razılıq verməsidir. Tramp həmçinin Hörmüz boğazının bütün gəmilər üçün tam açıq olmasını və keçid zamanı heç bir rüsumun tətbiq edilməməsini şərt kimi qoyub. Regionun təhlükəsizliyi məqsədilə dəniz minalarının İran tərəfindən təmizlənməsi tələbi də gündəlikdədir. Prezident indiyə qədər bu minaların bir hissəsinin ABŞ donanması tərəfindən zərərsizləşdirildiyini xatırladıb.