Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin həll olunacağı təqdirdə neftin qiymətinin aşağı düşəcəyini bildirib.
Banco.az xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
“Biz İran təhdidinə birdəfəlik son qoyacağıq və neftin qiyməti düşəcək”, – deyə ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, bir çox dəyişiklik qısa müddətdə baş verə bilər.
Tramp həmçinin ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İranla münaqişənin həll olunacağına ümid etdiyini bildirib.
ABŞ Prezidenti ölkələri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana birgə təzyiq göstərməyə və İranın iqtisadi cəhətdən təcrid olunması istiqamətində ABŞ-ın səylərinə qoşulmağa çağırıb.