Tramp: İranla çox böyük görüşümüz olacaq

08.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"ABŞ və İran Tehranın nüvə proqramına dair birbaşa danışıqlar aparır".

Oxu.Az-ın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib.

"Biz İranla birbaşa danışıqlar aparırıq. Görüşlər şənbə günü baş tutacaq. Çox böyük görüşümüz olacaq. Görək, hər şey necə keçəcək" , - deyə o, jurnalistlərə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью