Tramp İranla danışıqlar aparacaq Özü açıqladı

22.01.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp beynəlxalq arenadakı fəaliyyətlərini tərifləyərək, qlobal təhlükələrin azalmaqda olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, Tramp ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrə toxunaraq, bu əməliyyatların ölkənin nüvə potensialını tamamilə məhv etdiyini bildirib.

“İran danışıqlar aparmaq istəyir və aparacaq”, – deyə Tramp vurğulayıb.

Tramp bildirib ki, bir çox müsbət hadisə baş verir və Avropa, ABŞ və Yaxın Şərq üçün mövcud olan təhdidlər həqiqətən də azalır.

“Cəmi bir il əvvəl dünya demək olar ki, alov içində idi və bir çox insanlar bunun fərqində belə deyildi”, – deyə Tramp əlavə edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью