Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident Donald Tramp ABŞ-ın hazırda İranla danışıqlar apardığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Tramp bunu Ağ Evdə keçirilən mərasimdə mətbuatın sualına cavab olaraq bildirib.
Fevralın 1-də İranın xarici işlər naziri Abbas Arakçi Tehran və Vaşinqtonun ədalətli nüvə razılaşmasına tez bir zamanda nail ola biləcəyini söyləmişdi.
Bir gün əvvəl İranın Ali Liderinin müşaviri admiral Əli Şamxani Tehranın ABŞ-ın qarşılıqlı addımları müqabilində nüvə gərginliyini azaltmağa hazır olduğunu bəyan edib. O, Vaşinqton güzəştə getməyə hazır olduğunu nümayiş etdirərsə, İranın uran zənginləşdirmə səviyyəsini hazırkı 60%-dən 20%-ə endirməyi düşündüyünü bildirib. O, həmçinin İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığını və uranın 60%-ə qədər zənginləşdirilməsinin milli təhlükəsizliyin gücləndirilməsi və beynəlxalq ictimaiyyətlə gələcək dialoq üçün danışıqlar mövqeyinin yaradılması məqsədinə xidmət etdiyini bir daha vurğulayıb.