Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

24.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişatını müsbət qiymətləndirdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, Pensilvaniya ştatında çıxışı zamanı “Biz kifayət qədər yaxşı iş görürük” deyə bəyan edib.

ABŞ lideri, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmamasının Vaşinqtonun əsas məqsədlərindən biri olaraq qaldığını vurğulayıb.

Tramp çıxışında Tehranla təmasların davam etdiyini qeyd etsə də, danışıqların detalları barədə əlavə məlumat verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью