Tramp: İranla danışmağa hazıram

22.01.2026

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində dilə gətirib. O, dolayı ifadə ilə rəsmi Tehranla danışıqların baş tutacağını bildirib.
Xatırladaq ki, dekabrın 28-də İranda meydana gələn kütləvi etiraz aksiyaları fonunda Donald Tramp müraciət yaymış, aksiya iştirakçıları qətlə yetiriləcəyi təqdirdə İrana zərbə endirəcəyini vurğulamışdı. Vaşinqtonun hədə-qorxusu fonunda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında danışıqlar aparılıb.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью