Tramp İranla əlaqədə olduğunu təkzib edib

30.06.2025

Icma.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp İranla hər hansı bir kontaktda olduğunu təkzib edib.

Tramp bu barədə “Truth Social” hesabındakı paylaşımında bildirib.

“Saxta demokrat Senator Kris Kunsa deyin ki, mən Obamadan fərqli olaraq, İrana heç nə təklif etmirəm. Hansı ki, nüvə razılaşması ilə iranlılara milyardlarla dollar vermişdi. Mən iranlılarla onların nüvə obyektlərini məhv etdiyimizdən bəri əlaqə qurmamışam”-deyə ABŞ prezidenti paylaşımında qeyd edib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью