Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

18.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, 18 avqust, AZƏRTAC

İran İslam Respublikası ilə heç bir danışıqlar, müzakirələr aparılmır və ya planlaşdırılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, dəniz blokadası tam qüvvədədir. “Hörmüz boğazı açıqdır və fəaliyyətdədir. Bütün su minaları təmizlənib və ya partladılıb”, - deyə ABŞ Prezidenti əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью