Tramp İranla işləyənləri HƏDƏLƏDİ

13.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ İranla əməkdaşlıq edən bütün ölkələrə 25% tarif tətbiq edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “TruthSocial” sosial media hesabında bildirib.

Onun sözlərinə görə, İranla iş görən istənilən ölkə ABŞ ilə bütün əməliyyatlara 25% tarif ödəyəcək. Prezident qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmaya tabe olmadığını vurğulayıb.

12 yanvarda Ağ Evin mətbuat katibi Kerolin Levitt Trampın Amerika ordusunun gücündən İrana qarşı istifadə etməkdən çəkinməyəcəyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью