Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik

13.08.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin görüş istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Livan Prezidenti Cozef Aunla görüş zamanı jurnalistlərə deyib.

“Onlar çox istəyirlər ki, görüşsünlər. Amma onlar hazır olana qədər bizim görüşmək marağımız yoxdur”, - deyə o qeyd edib.

Tramp həmçinin Hizbullah hərəkatının rəhbərliyi ilə birbaşa dialoqa hazır olduğunu söyləyib.

"Əgər Livan Prezidenti mənim Hizbullahla danışmağımı istəsəydi, mən bunu edərdim" - Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью