Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bu, dörd il, 15 il və ya 20 il sonra səriştəsiz prezidentimizin olması halında lazımdır”
ABŞ Prezidenti Donald Tramp İranla nüvə məsələsi ilə bağlı razılığa gəlmək istədiyini və bu razılaşmanın gələcək ABŞ prezidentləri üçün aktuallığını qoruyacağını bildirib.
AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Fox News”a verdiyi müsahibədə deyib.
"Mən müddətsiz bir razılaşma əldə etmək istəyirəm. Bu, dörd il, 15 il və ya 20 il sonra səriştəsiz prezidentimizin olması halında lazımdır. Mən İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm", - deyə qeyd edib.
O, İranda rejim dəyişikliyinin hazırda onun üçün maraqlı olmadığını deyib.
20 noyabrda Tramp ABŞ-ın İran və ABŞ arasındakı münaqişəni həll etmək üçün Tehranın təklif etdiyi razılaşmaya razı olmayacağını bildirib: "Biz razılaşma istəyirik, amma mən onu qəbul etməliyəm. Bu, saxta razılaşma deyil, real razılaşma olmalıdır".
12 noyabrda Amerika lideri Vaşinqtonun artıq İranla razılaşmaya ehtiyac görmədiyini bildirib.