Tramp: İranla müharibə ehtimalı azdır

08.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əgər İran nüvə sazişi ilə irəliləsə və Hörmüz boğazını açsa, ABŞ-nin İrana yenidən hücum etməsi ehtimalı azdır".

"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Bu, onların çox güclü bir saziş imzalayıb-imzalamamasından asılıdır. Lazım gələrsə, bunu edəcəyəm, amma biz onlara çox ağır zərbələr endirmişik. pizza hut

Mənim oralarda 3 təyyarədaşıyan gəmim var. Onlar tam hazırlıqlı və silahlıdırlar. ABŞ bir saat ərzində 38 İran körpüsünü məhv edə bilər və İran hazırda raket tutumunun yalnız 10%-nə və dron imkanlarının 15%-nə malikdir.

Çox güman ki, buna ehtiyac olmayacaq", - Tramp qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью