Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp İranla müharibə kontekstində Kaliforniya ştatında yerləşən Los-Anceles və San-Dieqo şəhərlərinin məhv edilməsi ehtimalını məqbul etdiyini bildirib.
Xəbəri “Kommersant” verib.
Nebraskadakı tərəfdarları qarşısında çıxış edən ABŞ lideri bildirib: “İran üzərində möhtəşəm bir qələbə görmək istəyirəm, çünki bu, etdiyimiz hər şeyi doğruldacaq. Unutmayın ki, müharibədə bu, sadəcə süni bir şeydir: malların qiymətləri bir az daha yüksəkdir. Dünyanın və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün ödəniləcək kiçik bir qiymətdir. Onlar bir şəhəri məhv edə bilərlər, qoy Los-Ancelesi, qoy San-Dieqonu məhv etsinlər. Bu, ödəniləcək çox kiçik bir qiymətdir və hər şey çox tezliklə bitəcək. Əslində, demək olar ki, bitib, baxmayaraq ki, onlar bunu bir az daha uzada bilərlər. Amma bu və ya digər şəkildə tezliklə bitəcək”.
Tramp başqa heç bir izahat verməyib.
P.ƏMİRCANOV
XQ