Tramp: İranla müharibə tezliklə başa çatacaq

28.09.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin “tezliklə” başa çatacağını və bundan sonra dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşacağını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamanı bazar günü jurnalistlərə verib.

“İran təslim olan kimi, müharibə başa çatan kimi neftin qiyməti düşməyə başlayacaq. Bu, tezliklə baş verəcək. Neftin qiyməti kəskin şəkildə aşağı düşəcək”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti münaqişənin konkret olaraq nə vaxt başa çata biləcəyini açıqlamayıb.

Trampın açıqlaması ABŞ və İran arasında münaqişənin diplomatik yolla həlli istiqamətində davam edən cəhdlər fonunda səslənib.

Bundan əvvəl Tramp Tehranın təklifini rədd edib. İran həmin təklifində ABŞ tərəfindən bir sıra şərtlərin yerinə yetirilməsi müqabilində Hörmüz boğazından tamhəcmli gəmiçiliyin bərpasını nəzərdə tuturdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью