Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir

29.10.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“İranla müharibəyə son qoymalıyam və bunu çox tez edəcəyəm. Onlar çox ağır zərbələr alıblar, biz bu işi bitirəcəyik”, - Tramp deyib.

ABŞ lideri müharibəni özlərinin başlamadığını iddia edib və problemin onun hakimiyyətə gəlməsindən xeyli əvvəl həll edilməli olduğunu vurğulayıb.

Tramp, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью